Bakıda daha iki qız itkin düşdü

21 İyul 2017 18:58 (UTC+04:00)

Bakıda daha iki qızın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Movqe.az xəbər verir ki, Binəqədi rayonu 8 mart küçəsində yaşayan 1997-ci il təvəllüdlü Zeynizadə Nuray Cəlal qızının və Qaradağ rayonu Ümid qəsəbəsində yaşayan Əliyeva Məlahət Şahin qızının valideynləri onların övladlarının itkin düşməsi ilə bağlı polisə müraciət edib.
 
Hər iki qızın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.