Ağ Evin yeni mətbuat katibi məlum olub

22 İyul 2017 09:00 (UTC+04:00)

Sara Sanders Ağ Evin yeni mətbuat katibi olacaq.

Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Ağ Evin kommunikasiya üzrə yeni təyin olunmuş direktoru Entoni Skaramuççi bildirib.

Skaramuççi jurnalistlərə bildirib: "Sara mətbuat katibi olacaq".

Daha öncə, Şon Spayserin istefası haqda məlumat verilib. Onun Skaramuççinin təyin olunması ilə razı olmadığına görə istefa verdiyi bildirilir.

Qeyd edək ki, Sanders Spayserin müavini işləyib.