Xəzərdə zəlzələ baş verib

22 İyul 2017 09:30 (UTC+04:00)

Xəzərdə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 23:40:11-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Zəlzələnin dərinliyi 62 km, maqnitudası 3.1 olub.

Zəlzələ hiss olunmayıb.