15 min manatlıq geyim və məişət əşyası oğurlayan qadınlar tutulub

22 İyul 2017 17:00 (UTC+04:00)

Gəncədə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar.

Onlar iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda təqsirləndirilirlər.