Təyyarə məcburi eniş etdi

22 İyul 2017 19:00 (UTC+04:00)

Penza-Soçi aviareysi ilə uçmalı olan sərnişin təyyarəsi Saratovda təcili eniş edib.

Movqe.az-ın  məlumatına görə, 82 sərnişinin olduğu təyyarənin enişinə səbəb quş olub.

Əlavə səs və mühərrikdə titrəmə müşahidə edən təyyarə ekipajı Saratov aeroportuna eniş etmək qərarını veriblər. Aeroportda məlum olub ki, sol mühərrikə quş çırpılıb.