İki azyaşlı kanalda boğulub

22 İyul 2017 20:00 (UTC+04:00)

Ağsuda iki azyaşlı Yuxarı Şirvan kanalına düşərək suda boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, rayonunGəgəli kəndi ərazisində azyaşlılar Bulud Talıblı və Unur Talıbov ehtiyatsızlıqdan Yuxarı Şirvan kanalına düşərək suda boğulublar. Meyitlər sudan çıxarılıb.

Araşdırma aparılır.