16 yaşlı gəlin 18 yaşlı ərini güllələdi

23 İyul 2017 13:10 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş rayonunun Afşin qəsəbəsində 16 yaşlı gəlin T.E. əri Osman Kalenderi güllələyib.

Movqe.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, T.E. 4 ay öncə qoşulub qaçdığı Osmanla dini nigahda yaşayıb.

Bir müddət sonra cütlüyün arasında mübahisələr yaranıb və ayrılmaq qərarı alıblar.

Dünən axşam cütlük arasında yenidən mübahisə çıxıb və T.E. ərini silahla vurub. Ağır yaralı halda xəstəxanaya yerləşdirilən Osmanın həyatını xilas etmək mümkün olmayıb.