Bakıda mənzildə yanğın olub

23 İyul 2017 17:29 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 28 m2 olan 1 otaqlı mənzilin eyvanının altında 10 kv.m sahədə taxta qırıntıları yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.