XİN rəhbərləri İstanbulda toplaşacaq

24 İyul 2017 16:49 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin görüşü İstanbulda baş tutacaq. Bu barədə Movqe.az-a İƏT-dən məlumat verilib. Görüşün avqustun əvvəlinə planlaşdırıldığı qeyd edilib.

İƏT-dən daha sonra qeyd edilib ki, XİN rəhbərlərinin görüşü zamanı Qüdsdə israillilər və fələstinlilər arasındakı son toqquşmalar müzakirə ediləcək.