Kürdə boğulan gəncin meyiti tapılıb

24 İyul 2017 18:59 (UTC+04:00)

23.07.2017-ci il tarixində Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü gəncin meyiti tapılıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 15 yaşlı Rövşən Elxan oğlu Göyüşovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 15:01-də başa çatıb.