İlham Əliyev Ukraynaya səfər edəcək

24 İyul 2017 18:15 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin sonuna kimi Ukraynaya səfər edəcək.Bunu “Qordon” nəşrinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev bildirib.

“Hələlik konkret heç nə yoxdur, lakin böyük ehtimalla 2017-ci ilin ikinci yarısında səfər baş tutacaq”, - deyə Xuduyev bildirib. 

Səfir xatırladıb ki, ötən il Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri baş tutub: “Səfər olduqca məhsuldar olub. Səfər zamanı əhəmiyyətli sənədlər imzalanıb. Hazırda bizim prezidentin Ukraynaya səfərin gözləyirik”.