Qaxda yanğın olub

25 İyul 2017 09:15 (UTC+04:00)

Qax rayonu, Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan tövlənin yanar konstruksiyaları 25 m2 sahədə və tövləyə bitişik yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. 

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.