Beyləqanda 6 ton ot yanıb

25 İyul 2017 10:00 (UTC+04:00)

Beyləqan rayonu, Əhmədli kəndində vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 14 ton ot bağlamasının 6 tonu yanıb. 

Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.