Bakıda oğurluq edən 4 yeniyetmə tutuldu

25 İyul 2017 14:27 (UTC+04:00)

Bakıda oğurluqla məşğul olan yeniyetmələr tutulub.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-dən 20-dək olan müddətdə rayon ərazisindəki 2 qarajdan 350 manat, akkumulyator və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə tutulub. Araşdırma aparılır.