Şəkidə yük maşını yanıb

25 İyul 2017 14:59 (UTC+04:00)

Şəki rayonunda yanğın hadisəsi baş verib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus “KamAZ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.