Şəkidə yük avtomobili 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 15:39 (UTC+04:00)

Gündüz saatalrında Şəkidə yanğın faktı qeydə alınıb.

Movqe.az-a  FHN-dən verilən məlumata görə, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus “Kamaz" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.