3 yaşlı qızın rentgen kağızı həkimləri dəhşətə gətirdi - FOTOLAR

25 İyul 2017 21:00 (UTC+04:00)

3 yaşlı qızın rentgen müayinəsi zamanı çəkilən şəkli həkimləri dəhşətə gətirib.

Movqe.az bildirir ki, renten kağızında qızın bədəninə batırılan 7 ədəd iynənin olması əks olunub. İynələrin birinin uzunluğu təxminən 4 santimetrdir.

Adı açıqlanmayan uşaq Hindistanın Vest Benqal vilayətinin Bankura mahalında doğulub.

Qız ötən gün əməliyyat edilib. Həkimlər onu travmadan çıxarmağa çalışırlar.

Həkimlərin qızın anasının dediklərinə əsasən söylədiklərinə görə, iynələr 15-20 gündən artıqdır ki qızın bədənindədir.

Qadın bildirib ki, uşağı bu hala onun evində işlədiyi yaşlı kişi salıb. Onun 50 yaşının olduğu və cadugərliklə məşğul olduğu deyilir.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.

milli.az



3 yaşlı qızın rentgen kağızı həkimləri dəhşətə gətirdi - FOTOLAR
3 yaşlı qızın rentgen kağızı həkimləri dəhşətə gətirdi - FOTOLAR