İki qardaş itkin düşdü

26 İyul 2017 13:14 (UTC+04:00)

Bakıda iki yeniyetmə qardaş itkin düşüb.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi K.İsmayılov küçəsində yaşayan 2003-cü il təvəllüdlü Məmmədli Yaşar İntiqam oğlu və 2004-cü il təvəllüdlü Məmmədli Ata İntiqam oğlu itkin düşüb.

Yeniyetmələrin anası onların yoxa çıxması ilə bağlı polisə müraciət edib və uşaqların xarakterik əlamətlərini, eləcə də fotolarını təqdim edib.
 
Axtarış tədbirləri həyata keçirilir.