Bakıda intihara cəhd: FHN xilas etdi

26 İyul 2017 14:45 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin yaşadığı ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin pəncərəsinə intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.