Şahanla ailəsi Amerikada hava limanından geri qaytarıldı

26 İyul 2017 15:38 (UTC+04:00)

Boston-İstanbul reysi üzrə uçan “Airbus A330” təyyarəsi texniki nasazlıq səbəbindən havaya qalxa bilməyib. 

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, həmin təyyarə ilə ölkəsinə qayıtmalı olan aktyor Şahan Gökbakarla ailəsi də hava limanında qalıblar. Digər sərnişinlər kimi aktyorla ailə üzvləri otellərə yerləşdiriliblər.