Qəza törədən qız maşınını yandırmaq istədi

26 İyul 2017 16:14 (UTC+04:00)

Konyada 21 yaşlı Funda K. idarəetməni itirərək avtomobilini hərəkətdə olmayan başqa maşına çırpıb.

Movqe.az xəbər verir ki, qəzadan xəsarət almadan xilas olan qız "Avtomobilim getdi", - deyərək qışqırıb, avtomobilini yandırmağa cəhd edib. O, avtomobilin oturacaqlarına od vurub. Alov dərhal müdaxilə edilərək söndürülüb. Huşunu itirən qız təcili yardımla xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar istintaq davam edir.

milli.az