Spinnerin rəqibi peyda oldu - Orbiter

26 İyul 2017 16:49 (UTC+04:00)

Son vaxtlar bütün dünyada məşhurlaşan və "stress çarxı" kimi tanınan spinnerin rəqibi peyda olub.

Qərb mətbuatı yazır ki, maqnitli yeni əl qaceti "orbiter" adlanır.

Yenilik maqnit dairədən və onun ətrafında fırlanan şardan ibarətdir. Onu gənclər və uşaqlar arasında populyarlaşdıran isə şarın dairə ətrafında müxtəlif cür fırlana bilməsidir.

Orbiterin təxmini qiyməti 45 dollara bərabərdir.

Movqe.az virtualaz-a istinadən "orbiter" üçün hazırlanmış video çarxı təqdim edir: