Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb

26 İyul 2017 17:39 (UTC+04:00)

Bu gün Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İstanbul polisi Sakarya rayonunun Hendek qəsəbəsində bir toyuq fermasında əməliyyat keçirib.
 
Fermadan narkotik vasitə emalatxanası yaradıldığı, binalar arasında tunellərlə əlaqə yaradıldığı üzə çıxıb. Emalatxanada heroinlə doldurulmuş paketlər və heroin istehsalında istifadə edilən kimyəvi maddələr tapılıb.  Ümumilikdə, fermada 1 ton heroin aşkarlanıb. Bununla da Türkiyədə son 15 ildə ən böyük həcmdə heroin aşkarlanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 nəfər saxlanılıb.