Lerikdə partlayış olub - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

27 İyul 2017 13:59 (UTC+04:00)



Lerik rayonunda baş verən partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib.

Movqe.az-ınməlumatına görə, hadisə rayonun Piran kəndində baş verib.

Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir.

Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.

Faktla bağlı araşdırmalar aparılır.