Qadın özünü körpüdən atdı - Foto

27 İyul 2017 16:58 (UTC+04:00)

Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib. Movqe.az BakuPost.az-a istinadən xəbər verir ki, orta yaşlı bir qadın bu dəqiqələrdə özünü Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindəki körpüdən atıb. Hadisə şahidləri hələlik şəxsiyyəti məlum olmayan qadının sağ olduğunu bildiriblər.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, hələ ki, həkimlər hadisə yerinə çatmayıb.