Azərbaycanda xəstəxana yanır

27 İyul 2017 17:39 (UTC+04:00)

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb. Movqe.az-ın "Report"un Qərb bürosuna istinadən məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məlumata görə, Xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.