Jurnalist cibgirlərdən polisə şikayət etdi

27 İyul 2017 17:58 (UTC+04:00)

Ötən gün “Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy cibgirlərin hədəfinə tuş gəlib. Onlar jurnalistin 200 manatını cibindən çıxarıblar. 
Məsələ ilə bağlı Modern.az-a danışan Elşad Paşasoy bildirib ki, pulunun oğurlanması ilə bağlı polisə müraciət edib.
 
“Xətai RPİ-nin 35-ci Bölməsində ərizə və izahat aldılar. Araşdırma aparılacağını bildirdilər. Bu günsə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) zəng etmişdilər, məsələnin nəzarət altında olduğu bildirildi. Ümid edirəm ki, müsbət nəticə olacaq”.