Azərbaycan hərbi aviasiyasını daha güclü vəziyyətə gətirir

1 Avqust 2017 08:32 (UTC+04:00)

Pakistann aviasiyasının marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrlərinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycan Hərbi Hava Qüvvələrlərinə on ədəd "Super Muşak" təyyarəsinin çatdırılması haqqında razılaşma imzalayıblar. Müqavilə təyyarələrin çatdırılmasından başqa, həmçinin texniki dəstəyi, pilotların praktiki hazırlığına köməyi də nəzərdə tutur. 

Qeyd edək ki, "Super Muşak" — «Pakistan Aeronautical Complex»in ayihəsini 1980-ci illərdə əldə etdiyi «Saab» şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. 260 at gücünə malik mühərriklə təchiz edilmiş MFI-395 "Super  Muşak"ın hazırlanmasına 1995-ci ildə başlanılıb. Pakistanın Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına isə 2001-ci ilin mayında qəbul edilib.  Maşının praktik tavanı 6,705 m (22,000 fut), maksimal surəti 268 km/saat, uçuş məsafəsi 814 kilometrdir. Mütəxəssislərin fikrincə, bu tarixi razılaşma iki qardaş ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq.
Hərbi məsələlər üzrə mütəxəssis Tərlan Eyvazov bildirdi ki, Azərbaycanla Pakistan arasında siyasi, diplomatik əlaqələrin qurulması Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir: “İki dövlət arasında hərbi əlaqələr də ilk gündərdən başlayıb. Hazırda da əlaqələr artan xətt üzrə getməkdədir.  "Super Muşak" təyyarələri dünya təyyarə sənayesində mövcud olan qabaqcıl təyyarələrdəndir. Həm qiymət baxımından sərfəlidir, həm də mobildir. Hərtərəfli əlverişli təyyarədir. Odur ki, dünyada  qəbul edilmiş təyyarələrdən pilotlarımızın istifadə etməsi olduqca vacib amildir. 
Digər tərəfdən, Pakistan məsafəcə Azərbaycana yaxın olduğundan təyyarələrin gətirilməsi, kadr hazırlığı problem yaratmayacaq. Ondan sonra yəqin ki, daha bahalı təyyarələrin alınması istiqamətində növbəti addımlar olacaq”.
Hərbi məsələlər digər ekspert Azad İsazadə bildirdi ki, silah-surtsat tələbatını fərqli ölkələrdən ödəmək pis  deyil: “Əvvəllər daha çox Rusiyadan silah alırdıq. Ancaq keçmiş 10 il ərzində silah aldığımız ölkələrin sayını artırmışıq. Söhbət Rusiyadan getmir. Söhbət konkret bir ölkədən asılı olmamaqdan gedir. 
Bir gün həmin ölkə hansısa səbədən silah-sursat verməsə, Azərbaycan digər ölkələrin istehsalı olan silah-sursatdan istifadə edə bilsin. Bu baxımdan artıq Azərbaycan Silahlı Qüvvələri daha sərbəst ola bilər. "Super Muşak" təyyarəsinin texniki-taktiki xarakteristikası haqqında müsbət rəylər vemək mümkündür. Aydındır ki, dağlıq zonalarda hərbi hava qüvvələrindən istifadə etmək bir qədər mürəkkəbdir. Ancaq buna Azərbaycan pilotları hazırdır. Sistem də müasirdir. İstifadə etməyə başlasaq, müsbət nəticələr əldə edə bilərik”.
Mübariz BAYRAMOV