Zəlzələ olub

25 Fevral 2013 12:14 (UTC+04:00)
Yaponiyanın mərkəzi bölgəsində, Rixter şkalasına görə 6.2 bal gücündə zəlzələ meydana gəlib.Yaponiya Meteorologiya Təşkilatı, zəlzələnin mərkəzi əsasının paytaxt Tokionun şimalındakı Tochigi əyaləti olduğunu bildirib. Yerin 10 kilometr dərinliyində meydana gələn zəlzələnin ardınca sunami xəbərdarlığı verilməyib. Zəlzələ, paytaxt Tokioda da hiss edilib. Movqe.az-ın xəbərinə görə zəlzələnin ardınca sürətli qatar səfərləri, müvəqqəti olaraq dayandırılıb. Təhlükəsizlik nəzarətlərinin edilməsindən sonra səfərlər yenidən başlayıb. Zəlzələnin, 2 il əvvəl radiasiya sızdıran Fukuşima Nüvə bazasında hər hansı bir problemə gətirib çıxarmadığı qeyd edilib. Telefon xəttlərinin da normal bir şəkildə çalışdığı qeyd edilib. Yaponiyada 2 il əvvəl baş verən 9 bal şiddətindəki zəlzələ və ardınca gələn sunami səbəbiylə 15 min nəfər həlak olmuşdu.