Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

1 Avqust 2017 11:36 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərinə müraciət edib.

Mərkəzdən Movqe.az-a verilən məlumata görə, V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq.

Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.