Dəniz kənarında meyit tapılıb

1 Avqust 2017 12:36 (UTC+04:00)

Dəniz kənarında 1 nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  Movqe.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin meyitinin göründüyü barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü, Məmmədov Azadınin meyiti sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər.