Manat dollara qarşı bu il 4% bahalaşıb

1 Avqust 2017 13:07 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

AMB-dən movqe.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7009 manat təşkil edib.