“Dəniz Kuboku – 2017”nin püşkatma mərasimi keçirilib

1 Avqust 2017 15:35 (UTC+04:00)

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, müsabiqənin 1-ci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Sıralanmaya görə epizodun icrasına birinci Rusiya, ikinci Qazaxıstan, üçüncü Azərbaycan, dördüncü isə İran başlayacaq.