Dünyanın son adamyeyən qəbiləsi: Korovailər

12 Oktyabr 2018 12:39 (UTC+04:00)

İndoneziyanın Qərbi Papua bölgəsində yaşayan Korovailər sivilizasiyadan təcrid yaşamağa davam edirlər. Movqe.az xəbər verir ki, təxminən 3 min yerlidən ibarət qəbilənin çoxu, həyatı boyunca ağ insan (laleo - onların dilində "şeytan" mənasını verir) görməyib.  Korowailər qəbiləsi hələ adam yəməyə davam edirlər. Daş dövründəki kimi həyat tərzi sürürlər. Üzərlərində geyim olmur. Ağacların üstündə yaşayır, yarpaq yeyir və vəhşi heyvanları ovlayaraq qidalanırlar.

Ağacda yaşamalarının səbəbi sellərdən və zərərli canlılardan qorunmaqdır. Yaşadıqları ətrafı çox yaxşı tanıyırlar və atalarından qazandıqları təcrübələr sayəsində bacarıqlarını inkişaf etdirə biliblər. Korovai qəbiləsi ilk dəfə 2010-ci ildə əhali sayımına daxil edilib. 2 min 868 qəbilə üzvünün olduğu bildirilir. Korovailər 'Khakhua' adında pis bir ruhun var olduğuna inanırlar. Bu inanca görə, "Khakhua öldürmək istədiyi şəxslərin yaxını ya da yoldaşı görünüşünə girər və onlar yuxuda ikən daxili orqanlarını yeməyə başlayır. Orqanların yerinə küllər qoyar, beləcə qurbanlar heç bir şey fərq etməz. Khakhuanın kim olduğu ortaya çıxarsa, bu dəfə qurban o olur. Ürəyinə bir ox batırarlar və digərləri tərəfindən yeyilər. Başqa inanclarına görə, xəstəlik səbəbiylə ölmək üzrə olan qəbilə üzvləri  ölümlərinə səbəb olan bir kişinin adını deyər. Beləcə yeni 'qurban' müəyyənləşdirilmiş olur.  Korovai bilinən son adamyeyən qəbilə olduğu bildirilir.