Hər 10 dönərçidən yalnız 3-ü ..

25 Fevral 2013 16:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərədə dərc olunan "Daily Mail" qəzetinin xüsusi xəbərinə görə ölkədəki hər 10 dönərçidən yalnız 3-ü quzu əti istifadə edir. İngiltərə Qida Standartları Agentliyinin (FSA) dəstəyi ilə həyata keçirilən istintaq nəticəsində, 10 dönər dükanından 7-də quzu ətinə mal və toyuq əti qarışdırıldığı təsbit edilib. Rəsmilər dönərçilərin bunu etməsinin səbəbini mal və toyuq ətinin quzu ətinə görə daha ucuz olmasıyla əlaqələndirib. Belə ki, 10 kilo quzu əti 35 sterlinq olduğu halda, tərkibində mal və ya toyuq əti olan quzu əti 22 sterlinq olaraq bilinir.