Son altı ayda Türkiyəyə 300 mindən çox azərbaycanlı turist səfər edib

3 Avqust 2017 13:04 (UTC+04:00)

 

Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım müşahidə edilib. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində 306 min 644 nəfər azərbaycanlı turist qardaş ölkəyə səfər edib.

Movqe.az xəbər verir i, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyəyə üz tutan xaricilər arasında azərbaycanlılar üstünlük təşkil edir. Təkcə bu ilin iyun ayında ölkəmizdən Türkiyəyə 63 min 223 nəfər turist səyahət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.

Bundan başqa, Rusiya, Almaniya, Gürcüstan, İran və Bolqarıstan vətəndaşları da Türkiyəyə getməyə üstünlük verirlər.