Azərbaycanda Avropa Tolerantlıq Festivalı keçiriləcək

8 Avqust 2017 17:13 (UTC+04:00)

Avropa İttifaqının əsasını qoyan Roma sazişinin imzalanmasının 60 illiyi münasibət iilə Azərbaycanda Avropa Tolerantlıq Festivalı keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti ilə birgə təşkil olunacaq festival oktyabrın 12-20-də baş tutacaq.

Festival çərçivəsində artistlərin çıxışı, debatlar və müzakirələr, həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və fotosərginin keçirilməsi planlaşdırılır.