Türkiyə-İran sərhədində divarın tikintisi nə zaman yekunlaşacaq?

12 Avqust 2017 14:30 (UTC+04:00)

Türkiyə-İran sərhədində divarın tikintisi qışa qədər yekunlaşacaq.

Movqe.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri xəbər yazıb.

Məlumata görə, Ağrı və İğdır vilayətlərində sərhəddə ucaldılacaq bu divarın uzunluğu 143,8 kilometr təşkil edəcək. Divarın eni 2 metr, hündürlüyü isə 3 metr olacaq.Qeyd edək ki, daha öncə Türkiyə Suriya ilə sərhəddə 239 kilometrlik divar ucaldıb.