Dənizdə batan şəxs xilas edilib

12 Avqust 2017 16:45 (UTC+04:00)

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a  verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri 1 nəfəri (xarici vətəndaş) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.