İranda 362 nəfər xlordan zəhərlənib

13 Avqust 2017 13:40 (UTC+04:00)

İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.

Movqe.az-ın verdiyi məlumata görə, xlor sızması nəticəsində 362 nəfər zəhərlənib. Zəhərlənənlərdə nəfəs alma problemləri və digər qazla zəhərlənmə əlamətləri müşahidə olunub.

Məlumata əsasən, hazırda zəhərlənənlərin əksəriyyəti evlərinə buraxılıb.

Trend