Sumqayıtda "Mercedes" yanıb

17 Sentyabr 2017 10:00 (UTC+04:00)

 

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.