Xalq edam cəzasını dəstəkləyir

26 Fevral 2013 11:36 (UTC+04:00)
Movqe.az xəbər verir ki, inkişaf etmiş ölkələr arasında edam cəzasını həyata keçirməyə davam edən nadir ölkələrdən olan Yaponiyada xalqın, bu cəza üsuluna böyük dəstək verdiyi meydana çıxıb. "Research Panel" adlı şirkətin internet saytından nümayiş olunan araşdırma nəticələrinə görə, xalqın 85.2 faizi edam cəzasına dəstək verir. Qarşı çıxanların nisbəti isə 14.9 faiz olub.Yaponiyanın ən çox satan qəzeti "Yomiuri"ni oxuyanların 88 faizi edam cəzasına dəstək verib. Tirajı ən yüksək ikinci qəzet "Asahi" oxuyanların 88.2 faizi bu cəza üsuluna dəstək olub.