"WhatsApp"da daha bir yeni xüsusiyyət

14 Avqust 2017 15:22 (UTC+04:00)

"WhatsApp" yenilikləri davam edir. Movqe.az xəbər verir ki, keçdiyimiz günlərdə bütün sənədlərin göndərilməsini və birdən artıq şəklin albom formasında görünməsini təmin edən xüsusiyyətlər ilə aktuallaşan "WhatsApp" indi də fotoşəkillərə efekt əlavə etmək xüsusiyyətini reallaşdırdı. "WhatsApp" 2.17.42  versiyası ilə gələn bu yenilik hazırda iOS cihazlarda istifadə edilə bilər. Android cihazlarda isə bu xüsusiyyət "WhatsApp Beta" versiyasında istifadə oluna bilər. Hələlik 5 şəkil effekti tətbiq edilib.

Mübariz Bayramov