3 yeni planşet nümayiş olundu

26 Fevral 2013 16:53 (UTC+04:00)

"Lenovo", Dünya GSM Birliyinin (GSMA) tərəfindən İspaniyanın Barselona şəhərində təşkil edilən "Mobil Dünya Konqresi (MWC) 2013"ə 3 yeni planşetlə gəlib. "Lenovo"nun 10.1 düymlük S6000 modelli planşeti 8.6 mm qalınlığında və 560 qram, 7 düymlük A3000 modeli isə 11 mm və 340 qramdır. 7 düymlük A1000 modeli "Dolby Digital" səs sisteminə malikdir və 16 GB-lıq yaddaşa malikdir.