"Qarabağ" - "Kobenhagen" matçına sabah da bilet satılacaq

14 Avqust 2017 17:48 (UTC+04:00)

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kobenhagen" matçına bilet satışı davam edir.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, indiyədək 27 min bilet satılıb. Biletlərin "qara bazar"ın əlinə keçməməsi üçün bir qismi sabah saat 17:00-da satışa çıxarılacaq.

Qeyd edək ki, sözügedən matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək.