Bir vaxtların Türkiyə gözəli sığınacağa yerləşdi

17 Avqust 2017 20:30 (UTC+04:00)

2009-cu ildə "Miss Globe" gözəllik yarışmasında birinci olan Banu Öztürk sığınacaqda yaşayır. 

Movqe.az axşam.az-a istinadən bildirir ki, vaxtilə model, aktrisa və müğənni kimi tanınan Banu 4 il əvvəl ərə getdiyi iş adamı İsmayıl A. tərəfindən zorakılığa məruz qalıb. Bu səbəbdən o, məhkəməyə müraciət edərək boşanma ərizəsi yazıb. 

Öztürk ərindən 6 milyon lirə (təxminən 3 milyon manat) maddi, 35 min lirə isə (təxminən 17 min manat) mənəvi təzminat tələb edib. Lakin Banu proses uzandığından və maddi problemlər yaşadığından 2 yaşlı oğlu ilə sığınacağa yerləşib. O, düşdüyü vəziyyətlə bağlı bunları deyib: 

"Möhtəşəm həyatım var idi. İndi isə yazıq gündəyəm. Maddi imkansızlıq səbəbindən oğlumla qadın sığınacağına yerləşdim. Ərim məni sonuncu dəfə ağzımdan qan gələnə qədər döydü. Bıçaqla hədələdi, "səni öldürüb basdıraram" dedi. Mən də dözə bilməyib boşanmaq istədim".