"Barselona" Neymarın yerini doldurdu: 120 milyon avro - RƏSMİ

15 Avqust 2017 12:20 (UTC+04:00)

 

Neymarı 222 milyon avroya PSJ-yə satan "Barselona" onun yerini doldurub. Movqe.az xəbər verir ki, Kataloniya klubu bir müddətdi danışıqlar apardığı Paulinyonun transferini açılayıb. "Barselona" 29 yaşlı futbolçu üçün çinlilərə 40 milyon avro ödəyəcəyini elan edib. Çərşənbə günü tibbi müayinədən keçəcək Paulinyo ilə 4 illik müqavilə imzalanacaq. "Barselona" yeni transferinin müqaviləsinə 120 milyon avroluq müqavilə salıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməli olacaq.