Sahilə çıxan müəmmalı məxluq görənləri ŞOK etdi

2 Sentyabr 2017 09:40 (UTC+04:00)

Türkiyənin Ordu bölgəsində sahilə çıxan ilginc varlığın sirri hələ də açılmayıb. Təxminən 1 metr uzunluğunda olan bu qəribə canlının bir neçə gün əvvəl öldüyü güman edilir.

Movqe.az Türkiyə mediasına istinadən bildirir ki, sahildə  vətəndaşlar tərəfindən tapılan müəmmalı canlı görənləri heyrətləndirib. 

Qeyd olunur ki, təxminən 1 metr uzunluğunda olan canlının bu günə qədər bənzərinə rast gəlinməyib. Daha əvvəl belə bir mənzərəylə qarşılaşmayan bölgə sakinləri məxluqun nə olduğu barədə fikir yürütməyə çalışır. Hər nə qədər forması delfini xatırlatsa da, arxa ayaqlarının olması və daha çox bir it quyruğunu xatırladan bir quyruğa sahib olmasına görə məxluqun hansı növə aid olduğu müəyyən edilməyib.