"Qarabağ"la Danimarka "Kobenhavn"i arasında keçirilmiş Çempionlar Liqasının ilk "pley-off" matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Movqe.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, meydan sahiblərinin hücumçusu Mahir Mədətovdur.
Mədətov 25-ci dəqiqədə vurulmuş yeganə qolun müəllifi olub. Görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.