"Qarabağ" xal ehtiyatımızı artırdı

16 Avqust 2017 12:13 (UTC+04:00)

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, mərhələnin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

“Qarabağ”ın öz meydanında Danimarka çempionu “Kopenhagen”ə 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın xal hesabını dəyişib. Əldə olunan 0,250 xalla mövsümlük qazancımız 2,875-ə çatıb. Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-ə yüksəlib və bu göstərici ilə 22-ci pillədəyik.

APOEL-in qələbəsi sayəsində 21-ci olan Kipr daha bir pillə irəliləyib. Nəticədə bir addım geriləyən Rumıniya Azərbaycana qonşu olub. Hazırda ölkəmiz bu rəqibdən 1,025 xal geridədir.

Ən yaxın izləyicimiz Belarusla xal fərqi isə artıb. 23-cü sıradakı bu ölkə Azərbaycandan 0,375 xal geri qalır.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,212 xal.